2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin faiz xərcləri 101 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (387,4 milyon manat), “Kapital Bank” (368,4 milyon manat), “PAŞA Bank” (197,6 milyon manat), “Bank Respublika” (129,85 milyon manat) və “Unibank”dır (101,9 milyon manat).
Qalan 17 bankdan 14-də faiz xərcləri 10-101 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 1-nin – İran Milli Bankının son 1 ildə faiz xərcləri olmayıb, odur ki, onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 21 bankın faiz xərcləri artıb. Ən yüksək dinamika “Yapı Kredi Bank Azərbaycan” və "Ziraat Bank Azərbaycan"da müşahidə olunub - 2 dəfə artım.
Qeyd edək ki, Azərbaycanın ən böyük ticarət və strateji portnyoru olan Türkiyə ilə bank əməliyyatlarının böyük hissəsi elə türk banklarının payına düşür. Qardaş ölkə Azərbaycanın bank bazarında iki bankla təmsil olunur - bunlar 100% türk sərmayəli "Ziraat Bank Azərbaycan" və "Yapı Kredi Bank Azərbaycan"dır.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
- Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
- Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
- Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
- Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
- Banklar illik faiz gəlirlərini nə qədər artırıb? - CƏDVƏL
- Ötən il bu bankların qeyri-faiz gəlirləri azaldı - CƏDVƏL
- Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI