2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin qeyri-faiz gəlirləri 50 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (701,6 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (451,5 milyon manat), “PAŞA Bank” (265,9 milyon manat), “Unibank” (146,3 milyon manat) və “Xalq Bank”dır (52,3 milyon manat).
Qalan 17 bankdan 13-də qeyri-faiz gəlirləri 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 5-nin qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma “Yelo Bank”da (36%), ən az azalma isə “Azər-Türk Bank”da (2,3%) qeydə alınıb.
1 bank – İran Milli Bankının Bakı filialı ötən ilin eyni dövründə qeyri-faiz zərəri ilə üzləşdiyi üçün onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.
16 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika ABB-də (32,7%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (0,7%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
- Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
- Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
- Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
- Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI