SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL

Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL

  • 30 yanvar 2026, 09:02

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin nizamnamə kapitalı 300 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (1 281,3 milyon manat), “Xalq Bank” (446,6 milyon manat), “Yelo Bank” (378 milyon manat), “PAŞA Bank” (354,5 milyon manat) və “Bank VTB Azərbaycan”dır (315,8 milyon manat).

Qalan 17 bankdan 1-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 7 bankda 100-200 milyon manat arasında, 9 bankda isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 3-nün – “Azər-Türk Bank”, “Premium Bank” və “Xalq Bank”ın nizamnamə kapitalı artıb. Müvafiq olaraq 2 dəfə, 12,9% və 7,5%.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ

- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur

- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ

- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ

- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI

- Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI

- Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları