Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (2 204,7 milyon manat), “Kapital Bank” (1 178,3 milyon manat), “PAŞA Bank” (917,8 milyon manat), “Xalq Bank” (542,5 milyon manat) və “Bank Respublika”dır (249,4 milyon manat).
Qalan 17 bankdan 13-də balans kapitalı 100-240 milyon manat arasında, 4 bankda isə 100 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 2-nin – “Bank BTB” və “Express Bank”ın balans kapitalı azalıb - müvafiq olaraq 1,1% və 8,9%.
20 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Access Bank”da (28,5%), ən aşağı dinamika isə “AFB Bank”da (0,7%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ