SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI

Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI

  • 27 yanvar 2026, 10:24

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin depozit portfeli 1,5 milyard manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (8 892,9 milyon manat), “Kapital Bank” (8 288,65 milyon manat), “PAŞA Bank” (7 552,1 milyon manat), “Xalq Bank” (1 921,3 milyon manat) və “Azər-Türk Bank”dır (1 554,2 milyon manat).

Qalan 17 bankdan 4-də depozit portfeli 1-1,5 milyard manat, 11 bankda isə 0,1-1 milyard manat arasında, 2 bankda isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 5-nin depozit portfeli azalıb. Ən çox azalma ABB-də (11,1%), ən az azalma isə “Yapı Kredi Bank Azərbaycan”da (1,3%) qeydə alınıb.

17 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “AFB Bank”da (70,2%), ən aşağı dinamika isə “Bank Respublika”da (0,7%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ

- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur

- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ

- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ

- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları