2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin faiz gəlirləri 255 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (1 180,1 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (1 095,6 milyon manat), “PAŞA Bank” (542,1 milyon manat), “Bank Respublika” (299,6 milyon manat) və “Access Bank” (256,2 milyon manat).
Qalan 17 bankdan 7-də faiz gəlirləri 100-255 milyon manat arasında, 9 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan az olub.
Son 1 ildə 22 bankın hamısının faiz gəlirləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (55,1%), ən aşağı dinamika isə “Bank BTB”də (4,7%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
- Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
- Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
- Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
- Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI