2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin xüsusi ehtiyatlara ayırmaları 20 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (125,1 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 114,3 milyon manat), “PAŞA Bank” (48,6 milyon manat), “Unibank” (41,5 milyon manat) və “Turan Bank”dır (26,3 milyon manat).
Qalan 17 bankdan 3-də xüsusi ehtiyatlara ayırmalar 10-20 milyon manat arasında, 8 bankda isə 10 milyon manatdan az olub. 6 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb, başqa sözlə qənaət edib.
Qənaətin ən yüksək həddi “Xalq Bank”da (6,3 milyon manat), ən aşağı həddi isə “Bank of Baku”da (0,4 milyon manat) qeydə alınıb.
Son 1 ildə 22 bankdan 10-nun xüsusi ehtiyatlara ayırmaları artıb. Ən yüksək dinamika “Yapı Kredi Bank Azərbaycan”da (2,8 dəfə), ən aşağı dinamika isə “Unibank”da (0,1%) qeydə alınıb.
3 bankın isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Bank Avrasiya”da (38,5%), ən az azalma isə ABB-də (0,9%) qeydə alınıb.
1 bank – “Xalq Bank” xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti artırıb – 15,2%. 4 bank – xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti azaldıb. Ən çox azalma “Bank of Baku”da (88,2%), ən az azalma isə “Premium Bank”da (15,8%) qeydə alınıb. 3 bank – “PAŞA Bank”, “Yelo Bank” və “Azərbaycan Sənaye Bankı” xüsusi ehtiyatlara qənaətdən ayırmalara keçib, 1 bank – “AFB Bank” isə xüsusi ehtiyatlara ayırmalardan qənaətə keçib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qeyd edək ki, Bankın xüsusi ehtiyatlar üzrə ayırmaları mümkün kredit riskləri və itkilərin qarşılanması məqsədilə ayrılan vəsaitləri ifadə edir və bu, bankın xərclərinin artmasına səbəb olur. Azadolmalar isə əvvəlki dövrlərdə ayrılmış ehtiyatların risklərin azalması və ya kreditlərin bərpası nəticəsində ləğv edilərək bankın gəlirinə qaytarılmasıdır.
Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
- Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
- Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
- Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
- Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
- Banklar illik faiz gəlirlərini nə qədər artırıb? - CƏDVƏL
- Ötən il bu bankların qeyri-faiz gəlirləri azaldı - CƏDVƏL
- Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
- Azərbaycandakı Türkiyə bankları faiz xərclərini 2 dəfə artırıblar - CƏDVƏL
- Bu bankların illik qeyri-faiz xərcləri 120 milyon manatdan çox oldu - SİYAHI