Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin (xalis) mənfəəti 10 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (120,2 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (110,6 milyon manat), “PAŞA Bank” (48,3 milyon manat), “Bank Respublika” (17 milyon manat) ASC-lər, “Access Bank” (13 milyon manat) QSC-dir.
Qalan 16 bankdan 15-də (xalis) mənfəət 1-10 milyon manat arasında olub, 1 bank – “Bank Avrasiya” ASC isə rübü ili zərərlə başa vurub.
Son 1 ildə 21 bankdan 13-nün (xalis) mənfəəti artıb. Ən yüksək dinamika “Unibank” ASC-də (2,9 dəfə), ən aşağı dinamika isə “Rabitəbank”da (9,4%) qeydə alınıb.
7 bankın xalis mənfəəti isə azalıb. Bunların içərisində əhəmiyyətli həcmdə xalis mənfəətə sahib olan "Xalq Bank" və "Yelo Bank" müvafiq olaraq 2,5 və 4,5 milyon manatlıq geriləmə ilə rübü yekunlaşdırıblar.
1 bank - “Bank Avrasiya” isə mənfəətdən zərərə keçdiyi üçün onun bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI
- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI
- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL
- Azərbaycanda 18 bankın problemli kreditləri artıb
- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL
- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL
- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb
- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL
- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI
- Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL
- “PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL
- “PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların əməliyyat xərcləri artıb - CƏDVƏL
- “Kapital Bank” və “Premium Bank” faiz ödənişlərini azaldır - CƏDVƏL
- “Xalq Bank”ın əməliyyat mənfəətində milyonlarla manat GERİLƏMƏ - CƏDVƏL
- Xüsusi ehtiyatlara ayırmalar üzrə bankların durumu - CƏDVƏL
- Banklardan ikisinin gözlənilməz gəlirləri var
- “Xalq Bank” və “Azərbaycan Sənaye Bankı”nda mənfəət vergisi ödəmələrində kəskin AZALMA - CƏDVƏL