SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“PAŞA Bank” və “Xalq Bank” mənfəət vergisi ödəmələrini azaldıb - CƏDVƏL

“PAŞA Bank” və “Xalq Bank” mənfəət vergisi ödəmələrini azaldıb - CƏDVƏL

  • 13 avqust 2026, 12:47

Bu ilin I yarısında, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 14-ü mənfəət vergisi ödəyib.

Yurd.Media xəbər verir ki, bunlardan 6-də sözügedən məbləğ 7 milyon manatdan az deyil. Həmin banklar, “Kapital Bank” (58,6 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 49 milyon manat), “PAŞA Bank” (20,4 milyon manat), “Bank Respublika” (9,4 milyon manat) və “Xalq Bank” (7 milyon manat) ASC-lər, “Access Bank” (7 milyon manat) QSC-dir.

Qalan 8 bankdan 7-nin mənfəət vergisi ödəmələri 1-7 milyon manat arasında, 1 bankın mənfəət vergisi ödəmələri isə 1 milyon manatdan azdır.

1 bank – “Bank VTB Azərbaycan” ASC mənfəət vergisi ödəmələrinə 0,6 milyon manat qənaət edib.

Mənfəət vergisi ödəmiş 14 bankdan 2-də – “PAŞA Bank” və “Xalq Bank”da sözügedən göstərici azalıb. Müvafiq olaraq 13,5% və 23,6%.

Qalan 12 bankın isə mənfəət vergisi ödəmələri artıb. Bu baxımdan ən yüksək dinamika “Yapı Kredi Bank Azərbaycan” QSC-də (79,3%), ən aşağı dinamika isə “Bank of Baku” ASC-də (1,3%) qeydə alınıb.

1 bank – “Bank VTB Azərbaycan” ASC ötən ilin eyni dövründə, 6 bank isə son 1 ildə mənfəət vergisi ödəmədiyi üçün onların bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL

- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI

- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL

- Problemli kreditləri artan banklar - CƏDVƏL

- Bu bankların öhdəlikləri 2 milyard manatı aşdı - CƏDVƏL

- “Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-dən çox azaldıb - CƏDVƏL

- “PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL

- Nizamnamə kapitalını artıran banklar - CƏDVƏL

- “PAŞA Bank" və "Xalq Bank"ın əməliyyat gəlirlərində milyonlarla manat AZALMA - CƏDVƏL

- Faiz gəlirləri "aşıb-daşan" banklar - CƏDVƏL

- “PAŞA Bank”, "Xalq Bank" və  “Yelo Bank”ın  qeyri-faiz gəlirlərində KƏSKİN AZALMA

- Bankların əməliyyat xərcləri nə qədər artıb? - CƏDVƏL

- "Kapital Bank" faiz xərclərinə qənaət edən yeganə bankdlr - CƏDVƏL

- Qeyri-faiz xərcləri yalnız “PAŞA Bank” və “Bank VTB Azərbaycan”da AZALDI - CƏDVƏL

- Əməliyyat mənfəəti artan və azalan banklar - CƏDVƏL

- Azərbaycanda 8 bank xüsusi ehtiyatlara ayırmaları azaldıb - CƏDVƏL

- Banklardan ikisinin gözlənilməz gəlirləri var

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları