Bu il iyulun 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin balans kapitalı 265 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (2 231,8 milyon manat), “Kapital Bank” (1 339 milyon manat), “PAŞA Bank” (921,65 milyon manat), “Xalq Bank” (523,8 milyon manat) və “Bank Respublika” (269,5 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 13-nün balans kapitalı 100-265 milyon manat arasında, 3-nün balans kapitalı isə 100 milyon manatdan azdır.
Son 1 ildə 3 bankın – “Xalq Bank”, “Express Bank” və “PAŞA Bank” ASC-lərin balans kapitalı azalıb. Müvafiq olaraq 1,9%, 3,1% və 3,4%.
Qalan 18 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Access Bank” QSC-də (28,9%), ən aşağı dinamika isə “Premium Bank”da (0,1%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL
- Problemli kreditləri artan banklar - CƏDVƏL
- Bu bankların öhdəlikləri 2 milyard manatı aşdı - CƏDVƏL
- “Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL
- “Kapital Bank” AMB-yə borcunu 12%-dən çox azaldıb - CƏDVƏL