Bu il iyulun 1-nə bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin öhdəlikləri 2,1 milyard manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (13 072,75 milyon manat), “Kapital Bank” (11 932,8 milyon manat), “PAŞA Bank” (8 600,7 milyon manat), “Bank Respublika” (2 447,4 milyon manat) və “Xalq Bank” (2 308,7 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 7-nin öhdəlikləri 1-2,1 milyard manat arasında, 8-nin öhdəlikləri 0,1-1 milyard manat arasında, 1-nin öhdəlikləri isə 0,1 milyard manatdan az olub.
Son 1 ildə 4 bankın öhdəlikləri azalıb. Ən çox azalma “Xalq Bank”da (20,6%), ən az azalma isə “Turan Bank” ASC-də (0,1%) qeydə alınıb.
Qalan 17 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (95,2%), ən aşağı dinamika isə “Bank Respublika”da (0,1%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL