Bu il iyulun 1-nə bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin depozit portfeli 2,1 milyard manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Kapital Bank” (9 951,25 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (9 257,1 milyon manat), “PAŞA Bank” (7 216,2 milyon manat), “Xalq Bank” (1 700,8 milyon manat) və “Azər-Türk Bank” (1 489,6 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 4-nün depozit portfeli 1-1,4 milyard manat arasında, 10-nun depozit portfeli 0,1-1 milyard manat arasında, 2-nin depozit portfeli isə 0,1 milyard manatdan az olub.
Son 1 ildə 4 bankın depozit portfeli azalıb. Ən çox azalma “Bank Respublika” ASC-də (23,1%) qeydə alınıb.
Qalan 17 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (2,4 dəfə), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (0,4%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL