Bu ilin I yarısında, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin faiz gəlirləri 142 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Kapital Bank” (630,7 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (613,2 milyon manat), “PAŞA Bank” (287,7 milyon manat), “Bank Respublika” (159,2 milyon manat) və “Unibank” (143,3 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 4-nün faiz gəlirləri 100-142 milyon manat arasında, 10-nun faiz gəlirləri 10-100 milyon manat arasında, 2-nin faiz gəlirləri isə 10 milyon manatdan azdır.
Son 1 ildə 2 bankın – “Bank VTB Azərbaycan” və İran Milli Bankının Bakı filialının hər birinin faiz gəlirləri 5,4% azalıb.
Qalan 19 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (2,2 dəfə), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (1,3%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL
- Problemli kreditləri artan banklar - CƏDVƏL
- Bu bankların öhdəlikləri 2 milyard manatı aşdı - CƏDVƏL
- “Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL
- “Kapital Bank” AMB-yə borcunu 12%-dən çox azaldıb - CƏDVƏL
- “PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL
- Nizamnamə kapitalını artıran banklar - CƏDVƏL
- “PAŞA Bank" və "Xalq Bank"ın əməliyyat gəlirlərində milyonlarla manat AZALMA - CƏDVƏL