Bu il iyulun 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (1 281,3 milyon manat), “Xalq Bank” (446,6 milyon manat), “Yelo Bank” (378 milyon manat), “PAŞA Bank” (373,2 milyon manat) və “Bank VTB Azərbaycan” (315,8 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 1-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 7 bankda 100-200 milyon manat arasında, 8 bankda isə 100 milyon manatdan az olub.
Son 1 ildə 21 bankdan 3-nün – “Azər-Türk Bank” ASC, “Xalq Bank” və “PAŞA Bank”ın nizamnamə kapitalı artıb. Müvafiq olaraq 27,2 %, 7,5% və 5,3%.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL
- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI
- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL
- Problemli kreditləri artan banklar - CƏDVƏL
- Bu bankların öhdəlikləri 2 milyard manatı aşdı - CƏDVƏL
- “Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL
- “Kapital Bank” AMB-yə borcunu 12%-dən çox azaldıb - CƏDVƏL
- “PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL