SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycanda 8 bank xüsusi ehtiyatlara ayırmaları azaldıb - CƏDVƏL

Azərbaycanda 8 bank xüsusi ehtiyatlara ayırmaları azaldıb - CƏDVƏL

  • 12 avqust 2026, 09:18

Bu ilin I yarısında, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin xüsusi ehtiyatlara ayırmaları 10,5 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 67,3 milyon manat), “Kapital Bank” (56,4 milyon manat), “PAŞA Bank” (36,8 milyon manat), “Unibank” (12,9 milyon manat) və “Ziraat Bank Azərbaycan” (10,9 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 10-da xüsusi ehtiyatlara ayırmalar 1-10,5 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan az olub. 2 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb, başqa sözlə qənaət edib.

Ötən dövrdə 21 bankdan 7-nin xüsusi ehtiyatlara ayırmaları artıb. Ən yüksək dinamika “Ziraat Bank Azərbaycan”da (3,15 dəfə), ən aşağı dinamika isə “Kapital Bank”da (13,6%) baş verib.

8 bankın isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Xalq Bank” ASC-də (89%), ən az azalma isə ABB-də (9,1%) qeydə alınıb.

1 bank – “Bank VTB Azərbaycan” ASC xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti artırıb – 2,1 dəfə.

1 bank – İran Milli Bankının Bakı filialı isə xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti azaldıb – 41,5%.

4 bank – “Yelo Bank”, “Bank Avrasiya”, “Bank of Baku” və “AFB Bank” ASC-lər xüsusi ehtiyatlara qənaətdən ayırmalara keçib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Yurd.Media-nın bankların 2026-cı ilin II rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan banklar: Ən böyük geriləmə "Xalq Bank"da - CƏDVƏL

- Aparıcı banklar qiymətli kağızlara investisiyaları azaldır - SİYAHI

- “Xalq Bank”dan başqa bütün banklar kredit portfelini arıtrdı - CƏDVƏL

- Problemli kreditləri artan banklar - CƏDVƏL

- Bu bankların öhdəlikləri 2 milyard manatı aşdı - CƏDVƏL

- “Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-dən çox azaldıb - CƏDVƏL

- “PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL

- Nizamnamə kapitalını artıran banklar - CƏDVƏL

- “PAŞA Bank" və "Xalq Bank"ın əməliyyat gəlirlərində milyonlarla manat AZALMA - CƏDVƏL

- Faiz gəlirləri "aşıb-daşan" banklar - CƏDVƏL

- “PAŞA Bank”, "Xalq Bank" və  “Yelo Bank”ın  qeyri-faiz gəlirlərində KƏSKİN AZALMA

- Bankların əməliyyat xərcləri nə qədər artıb? - CƏDVƏL

- "Kapital Bank" faiz xərclərinə qənaət edən yeganə bankdlr - CƏDVƏL

- Qeyri-faiz xərcləri yalnız “PAŞA Bank” və “Bank VTB Azərbaycan”da AZALDI - CƏDVƏL

- Əməliyyat mənfəəti artan və azalan banklar - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları