2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin (xalis) mənfəəti 50 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (335,7 milyon manat), “Kapital Bank” (315 milyon manat), “PAŞA Bank” (148,9 milyon manat), “Xalq Bank” (61,1 milyon manat) və “Bank Respublika”dır (60,6 milyon manat).
Qalan 17 bankdan 9-da (xalis) mənfəət 10-50 milyon manat arasında, 7 bankda 1-10 milyon manat arasında olub, 1 bank – “Bank BTB” isə ötən ili zərərlə başa vurub.
Son 1 ildə 22 bankdan 9-nun (xalis) mənfəəti artıb. Ən yüksək dinamika “Kapital Bank”da (68,9%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı”nda (2,7%) qeydə alınıb.
12 bankın xalis mənfəəti isə azalıb. Ən çox azalma “Azər-Türk Bank”da (52,5%), ən az azalma isə “Bank VTB Azərbaycan”da (4,5%) qeydə alınıb. Diqqət çəkən məqam aparıcı 10 bankdan 4-də xalis mənfəətin azalması olub: “PAŞA Bank” - 29,3%, “Xalq Bank” - 7,1%, "Access Bank" - 9,3% və Yelo Bank - 27,8%.
“Bank BTB”nin isə zərəri 51,8% azalıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
- Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
- Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
- Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
- Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
- Banklar illik faiz gəlirlərini nə qədər artırıb? - CƏDVƏL
- Ötən il bu bankların qeyri-faiz gəlirləri azaldı - CƏDVƏL
- Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
- Azərbaycandakı Türkiyə bankları faiz xərclərini 2 dəfə artırıblar - CƏDVƏL
- Bu bankların illik qeyri-faiz xərcləri 120 milyon manatdan çox oldu - SİYAHI
- Azərbaycanda 7 bankın əməliyyat mənfəəti azalıb
- Ötən il banklar xüsusi ehtiyatlara ayırmalarla nə qədər diqqət yetirib? - CƏDVƏL
- Azərbaycanda 3 bankın gözlənilməz gəlirləri və xərcləri var - CƏDVƏL
- Azərbaycanda 8 bankın mənfəət vergisi ödəmələri azaldı - SİYAHI