SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Unibank”ın problemli kreditləri 30%-dən çox artıb

“Unibank”ın problemli kreditləri 30%-dən çox artıb

  • 23 oktyabr 2026, 13:46

Bu il oktyabrın 1-nə “Unibank” ASC-nin 55,2 milyon manat vaxtı keçmiş krediti olub.

Bu barədə Yurd.Media-ya bankdan bildirilib.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 30,4% çoxdur.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında 6-cı mövqedədir.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər , Səbail və Nizami rayonlarında, həmçinin İsmayıllı, Ağdam,  Şəmkir , Gədəbəy, Siyəzən və İmişli rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Skat.az - Ev və Avtomobil elanları