Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin 51,2 milyon manat vaxtı keçmiş krediti olub.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 58,1% çoxdur.
Bu, Azərbaycan bankları arasında "Premium Bank" və “Express Bank”dan sonra ən kəskin artım göstəricisidir. “Yapı Kredi Bank Azərbaycan” digər göstəricilərdə ölkədə öndə gedən bank olmasa da problemli kreditlərin həcminə görə 7-ci sıradadır.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan"ın səhmlərinin 99,8%-i Türkiyədə fəaliyyət göstərən "YapıKredi Bank A.Ş"yə məxsusdur. "Yapı Kredi Bank" A.Ş-nin səhmlərinin 81,8% faizi "Koç Finansal Hizmetler"ə (KFS) aiddir. KFS, Unicredit və Koç Qrupunun ortaq (50%-50%) tərəfdaşlığıdır. Bankın qalan 18,20% faizlik səhmi ictimaiyyətə açıqdır və birjada alınıb-satılır.