SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Kollektor agentliyi qazanmağın yolunu tapdı - 6 milyon manata yaxın XALİS MƏNFƏƏT

Kollektor agentliyi qazanmağın yolunu tapdı - 6 milyon manata yaxın XALİS MƏNFƏƏT

  • 23 oktyabr 2026, 19:37

Azərbaycanın kollektor agentliyi - "AllAllFinance" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 5,6 milyon manat xalis mənfəət əldə edib (əvvəlki ili cüzi zərərlə başa vurmuşdu).

Bu ilin əvvəlinə "AllAllFinance"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 40,5 dəfə çox - 13 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 7,3 milyon manat (20,8 dəfə çox), balans kapitalı isə 5,7 milyon manat (1 il bundan əvvəl kapitalı mənfiyə düşüb), o cümlədən nizamnamə kapitalı cəmi 4 min manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları