2027-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 2,2 milyard manat təşkil edəcək ki, bunun da 1 milyard manatını faiz ödənişləri təşkil edəcək.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, faiz ödənişlərinin 0,4 milyard manatı xarici dövlət borcu, 0,6 milyard manatı isə daxili dövlət borcu üzrə həyata keçiriləcək.