2025-ci ildə Azərbaycanın sığorta şirkətlərinin əldə etdiyi xalis mənfəət onların bu il yanvarın 1-nə malik olduqları aktivlərin 7,4%-i qədər olub.
Yurd.Media araşdırmasına görə, 2024-cü illə müqayisədə sığortaçıların aktivlərinin gəlirliliyi 0,8 faiz bəndi azalıb.
Ötən il 15 sığorta şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edən “Qala Həyat Sığorta” ASC olub. Bu şirkətin illik xalis mənfəəti onun aktivlərinin 18%-ni təşkil edib. Ona yaxın “Qala Sığorta” ASC 13,2%-lik göstərici ilə ikinci, “Meqa Həyat Sığorta” ASC isə 10,5%-lik göstərici ilə üçüncü olub.
Ötən ili zərərlə başa vurmuş “Azərbaycan Sənaye Sığorta” ASC isə təbii olaraq aktivlərinin 7,2%-i qədər zərərliliyə malik olub.
Son 1 ildə aktivlərdən istifadə vəziyyəti 15 şirkətdən 7-də yaxşılaşıb, 8-də isə pisləşib.
№ | Sığorta şirkətinin adı | Şirkətin aktivlərinin gəlirliliyi | |
2025 | 2024 | ||
1 | Qala Həyat Sığorta | 18,0% | 18,8% |
2 | Qala Sığorta | 13,2% | 17,1% |
3 | Meqa Həyat Sığorta | 10,5% | 3,2% |
4 | PAŞA Sığorta | 10,2% | 12,0% |
5 | Atəşgah Həyat Sığorta | 6,9% | 5,9% |
6 | Xalq Həyat Sığorta | 6,7% | 5,9% |
7 | Xalq Sığorta | 6,4% | 5,4% |
8 | PAŞA Həyat Sığorta | 6,4% | 7,4% |
9 | Azsığorta | 5,8% | 5,5% |
10 | Meqa Sığorta | 5,6% | 4,8% |
11 | İpək Yolu Sığorta | 3,9% | 6,7% |
12 | A-Qrup Sığorta | 3,2% | 0,5% |
13 | Atəşgah Sığorta | 2,6% | 4,1% |
14 | Aqrar Sığorta | 1,0% | 0,5% |
15 | Azərbaycan Sənaye Sığorta | -7,2% | 4,2% |
| Orta hesabla | 7,4% | 8,2% |
Yurd.Media-nın sığorta şirkətlərinin 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI
- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir
- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI
- Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI
- Balans kapitalı azalan sığorta şirkətləri - SİYAHI
- Azərbaycanda 5 sığorta şirkətinin nizamnamə kapitalı 15 milyon manatdan az deyil
- Gəlirləri artan və azalan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin xərcləri artıb
- Maliyyə mənfəəti azalan və zərərə işləyən sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərinin yarıdan çoxu mənfəət vergisi ödəmələrini artırıb - SİYAHI
- Hər 3 sığorta şirkətindən birinin xalis mənfəəti azalıb - SİYAHI
- Azərbaycanda 1 sığorta şirkəti kapitalından “yeyib” - RENKİNQ