SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI

Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI

  • 21 aprel 2026, 13:09

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin aktivləri 90 milyon manatdan çox olub.

Yurd.Media-nın araşdırmasına görə, bunlar “PAŞA Həyat Sığorta” (830,55 milyon manat), “PAŞA Sığorta” (385,45 milyon manat), “Atəşgah Həyat Sığorta” (149 milyon manat), “Xalq Sığorta” (93,5 milyon manat) və “Qala Sığorta” (90,1 milyon manat) ASC-lərdir.

Qalan 10 sığorta şirkətinin aktivləri 10-90 milyon manat arasındadır.

Ötən il 15 sığorta şirkətindən 5-nin aktivləri azalıb. Bunlar, “Azsığorta”, “İpək Yolu Sığorta”, “Atəşgah Sığorta”, “Meqa Həyat Sığorta” və “Aqrar Sığorta” ASC-lərdir.

Ən çox azalma “Aqrar Sığorta”da (31,2%), ən az azalma usə “Azsığorta”da (1,3%) qeydə alınıb.

Qalan 10 sığorta şirkətinin isə aktivləri artıb. Ən yüksək dinamika “Qala Həyat Sığorta” ASC-də (26,5%), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta”da (1,3%) baş verib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları