Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin maliyyə mənfəəti 10 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (68,6 milyon manat), “PAŞA Sığorta” (49 milyon manat), “Qala Sığorta” (14,9 milyon manat), “Atəşgah Həyat Sığorta” (12,9 milyon manat) və “Qala Həyat Sığorta” (12,6 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindan 8-nin maliyyə mənfəəti 1-10 milyon manat arasında, 1-nin maliyyə mənfəəti isə 1 milyon manatdan azdır.
1 şirkət – “Azərbaycan Sənaye Sığorta” ASC (ASS) 2,6 milyon manat maliyyə zərəri ilə üzləşib.
Son 1 ildə 4 sığorta şirkətinin maliyyə mənfəəti azalıb. Bunlar, “PAŞA Həyat Sığorta”, “Qala Sığorta”, “İpək Yolu Sığorta” və “Atəşgah Sığorta” ASC-lərdir. Ən çox azalma “Atəşgah Sığorta”da (49,8%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (11,1%) qeydə alınıb.
ASS maliyyə mənfəətindən maliyyə zərərinə keçdiyi üçün onun bu göstəricinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 10 sığorta şirkətinin isə maliyyə mənfəəti artıb. Ən yüksək dinamika “A-Qrup Sığorta” ASC-də (6,7 dəfə), ən aşağı dinamika isə “Azsığorta”da (3,9%) qeydə alınıb.
Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI
- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir
- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI
- Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI
- Balans kapitalı azalan sığorta şirkətləri - SİYAHI
- Azərbaycanda 5 sığorta şirkətinin nizamnamə kapitalı 15 milyon manatdan az deyil