Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin uzunmüddətli aktivləri 21 milyon manatdan çox olub.
Bunlar, “PAŞA Həyat Sığorta” (539,85 milyon manat), “PAŞA Sığorta” (68 milyon manat), “Xalq Sığorta” (56 milyon manat), “Meqa Sığorta” (33 milyon manat) və “Azərbaycan Sənaye Sığorta” (ASS, 21,2 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindan 7-nin uzunmüddətli aktivləri 10-21 milyon manat arasında, 2-nin aktivləri 1-10 milyon manat arasında, 1-nin aktivləri isə 1 milyon manatdan azdır.
Ötən dövrdə 15 sığorta şirkətindən 4-nün uzunmüddətli aktivləri artıb. Bunlar, “Azsığorta”, “Qala Sığorta”, ASS və “PAŞA Həyat Sığorta” ASC-lərdir. Ən yüksək dinamika “Azsığorta”da (48,6%), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta”da (1,4%) qeydə alınıb.
Qalan 11 sığorta şirkətinin isə uzunmüddətli aktivləri azalıb. Ən çox azalma “Qala Həyat Sığorta” ASC-də (55,8%), ən az azalma isə “A-Qrup Sığorta” ASC-də (0,8%) baş verib.