Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin balans kapitalı 29,5 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (141,7 milyon manat), “PAŞA Sığorta” (95,15 milyon manat), “Xalq Sığorta” (63,85 milyon manat), “Qala Həyat Sığorta” (31,8 milyon manat) və “Meqa Sığorta” (29,7 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindan 8-nin balans kapitalı 10-29,5 milyon manat arasında, 2-nin balans kapitalı isə 10 milyon manatdan azdır.
Ötən müddətdə 15 sığorta şirkətindən 6-nın balans kapitalı azalıb. Bunlar, “İpək Yolu Sığorta”, “Aqrar Sığorta”, “Atəşgah Sığorta”, “Qala Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Azərbaycan Sənaye Sığorta” (ASS) ASC-lərdir. Ən çox azalma ASS-də (22,9%), ən az azalma isə “İpək Yolu Sığorta”da (2,2%) qeydə alınıb.
Qalan 9 sığorta şirkətinin isə balans kapitalı artıb. Ən yüksək dinamika “Qala Həyat Sığorta”da (23,9%), ən aşağı dinamika isə “Meqa Sığorta”da (1,8%) qeydə alınıb.
Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI
- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir
- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI
- Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI