SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI

Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI

  • 27 aprel 2026, 10:06

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin uzunmüddətli öhdəlikləri 47 milyon manatdan çox olub.

Yurd.Media-nın araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (637,2 milyon manat), “PAŞA Sığorta” (267,7 milyon manat), “Atəşgah Həyat Sığorta” (123,95 milyon manat), “Qala Sığorta” (55,9 milyon manat) və “Atəşgah Sığorta” (47,1 milyon manat) ASC-lərdir.

Qalan 10 sığorta şirkətindan 8-nin uzunmüddətli öhdəlikləri 10-47 milyon manat arasında, 2-nin uzunmüddətli öhdəlikləri isə 10 milyon manatdan azdır.

Ötən il 15 sığorta şirkətindən 6-nın uzunmüddətli öhdəlikləri azalıb. Bunlar, “Aqrar Sığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “Xalq Sığorta”, “İpək Yolu Sığorta” və “Meqa Sığorta” ASC-lərdir. Ən çox azalma “Aqrar Sığorta”da (36,4%), ən az azalma isə “Meqa Sığorta”da (2,6%) qeydə alınıb.

Qalan 9 sığorta şirkətinin isə uzunmüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta” ASC-də (50,1%), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta” ASC-də (0,8%) qeydə alınıb.

Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI

- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI

- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI

- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları