SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI

Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI

  • 23 aprel 2026, 14:29

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin qısamüddətli aktivləri 49 milyon manatdan çox olub.

Yurd.Media-nın araşdırmasına görə, bunlar, “PAŞA Sığorta” (317,5 milyon manat), “PAŞA Həyat Sığorta” (290,7 milyon manat), “Atəşgah Həyat Sığorta” (128 milyon manat), “Qala Sığorta” (87,5 milyon manat) və “Atəşgah Sığorta” (49,05 milyon manat) ASC-lərdir.

Qalan 10 sığorta şirkətindan 9-nun qısamüddətli aktivləri 10-49 milyon manat arasında, 1-nin qısamüddətli aktivləri isə 10 milyon manatdan azdır.

Ötən il 15 sığorta şirkətindən 2-nin qısamüddətli aktivləri azalıb. Bunlar, “Azsığorta” və “Aqrar Sığorta” ASC-lərdir. Azalma müvafiq olaraq 31,1% və 31,8% təşkil edib.

Qalan 13 sığorta şirkətinin isə qısamüddətli aktivləri artıb. Ən yüksək dinamika “Qala Həyat Sığorta” ASC-də (2,9 dəfə), ən aşağı dinamika isə “Atəşgah Sığorta” ASC-də (1%) qeydə alınıb.

Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI

- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları