SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
PAŞA Holdingin sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir

"PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir

  • 24 aprel 2026, 14:57

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin öhdəlikləri 48 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (688,9 milyon manat), “PAŞA Sığorta” (290,3 milyon manat), “Atəşgah Həyat Sığorta” (129,4 milyon manat), “Qala Sığorta” (60,9 milyon manat) və “Atəşgah Sığorta” (48,5 milyon manat) ASC-lərdir.

Qalan 10 sığorta şirkətindan 8-nin öhdəlikləri 10-48 milyon manat arasında, 2-nin öhdəlikləri isə 10 milyon manatdan azdır.

Ötən il 15 sığorta şirkətindən 6-nın öhdəlikləri azalıb. Bunlar, “Meqa Həyat Sığorta”, “Aqrar Sığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “İpək Yolu Sığorta” və “Xalq Sığorta” ASC-lərdir. Ən çox azalma “Meqa Həyat Sığorta”da (42,7%), ən az azalma isə “Xalq Sığorta”da (0,5%) qeyd alınıb.

Qalan 9 sığorta şirkətinin isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Azərbaycan Sənaye Sığorta” ASC-də (43,1%), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta” ASC-də (0,8%) qeydə alınıb.

Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI

- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI

- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları