SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI

Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI

  • 28 aprel 2026, 12:31

Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin qısamüddətli öhdəlikləri 5 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (51,7 milyon manat), “PAŞA Sığorta” (22,6 milyon manat), “Qala Həyat Sığorta” (5,8 milyon manat), “Atəşgah Həyat Sığorta” (5,4 milyon manat) və “Qala Sığorta” (5,1 milyon manat) ASC-lərdir.

Qalan 10 sığorta şirkətindan 6-nın qısamüddətli öhdəlikləri 1-5 milyon manat arasında, 4-nün qısamüddətli öhdəlikləri isə 1 milyon manatdan azdır.

Ötən il 15 sığorta şirkətindən 6-nın qısamüddətli öhdəlikləri azalıb. Bunlar, “Meqa Həyat Sığorta”, “Aqrar Sığorta”, “İpək Yolu Sığorta”, “Atəşgah Sığorta”, “PAŞA Sığorta” və “Qala Sığorta” ASC-lərdir.

Ən çox azalma “Meqa Həyat Sığorta”da (82,7%), ən az azalma isə “Qala Sığorta”da (5,6%) qeydə alınıb.

Qalan 9 sığorta şirkətinin isə qısamüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika “Xalq Sığorta” ASC-də (2,2 dəfə), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta” ASC-də (0,9%) qeydə alınıb.

Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI

- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI

- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI

- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir

- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları