Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin nizamnamə kapitalı 15 milyon manatdan az olmayıb.
Yurd.Media araşdırmasına görə, bunlar, “Xalq Sığorta” (58,75 milyon manat), “PAŞA Sığorta” (50 milyon manat), “PAŞA Həyat Sığorta” (40,25 milyon manat), “Meqa Sığorta” (23 milyon manat) və “Xalq Həyat Sığorta” (15 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindan 7-nin nizamnamə kapitalı 10-15 milyon manat arasında, 3-nün nizamnamə kapitalı isə 10 milyon manatdan azdır.
Ötən dövr ərzində 15 sığorta şirkətindən heç birinin nizamnamə kapitalında dəyişiklik olmayıb.
Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI
- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir
- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI
- Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI