2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin gəlirləri 50 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (696,1 milyon manat), “PAŞA Sığorta” (348,45 milyon manat), “Atəşgah Həyat Sığorta” (96,9 milyon manat), “Qala Sığorta” (84,6 milyon manat) və “Atəşgah Sığorta” (71,9 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindan 9-nun gəlirləri 10-50 milyon manat arasında, 1-nin gəlirləri isə 10 milyon manatdan azdır.
Son 1 ildə 2 sığorta şirkətinin – “Meqa Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərin gəlirləri azalıb. Müvafiq olaraq 1,3% və 19,5%.
Qalan 13 sığorta şirkətinin isə gəlirləri artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta” ASC-də (2,1 dəfə), ən aşağı dinamika isə “PAŞA Sığorta”da (0,4%) qeydə alınıb.
Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI
- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir
- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI
- Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI
- Balans kapitalı azalan sığorta şirkətləri - SİYAHI
- Azərbaycanda 5 sığorta şirkətinin nizamnamə kapitalı 15 milyon manatdan az deyil