Bu ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin mənfəət vergisi ödəmələri 1 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (15,2 milyon manat), “PAŞA Sığorta” (9,7 milyon manat), “Qala Sığorta” (3 milyon manat), “Atəşgah Həyat Sığorta” (2,6 milyon manat) və “Qala Həyat Sığorta” (2,5 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindan 9-nun mənfəət vergisi ödəmələri 0-1 milyon manat arasındadır.
1 şirkət – “Azərbaycan Sənaye Sığorta” ASC (ASS) ötən il maliyyə zərəri ilə üzləşdiyi üçün mənfəət vergisi ödəməyib.
Ötən dövrdə 15 sığorta şirkətinin 6-nın mənfəət vergisi ödəmələri azalıb. Bunlar, “Aqrar Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Sığorta”, “İpək Yolu Sığorta”, “Atəşgah Sığorta” və ASS ASC-lərdir. Ən çox azalma ASS-də (100%), ən az azalma isə “Aqrar Sığorta”da (6,7%) qeydə alınıb.
“Xalq Sığorta” əvvəlki il mənfəət vergisi ödəmədiyi üçün onun bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 8 sığorta şirkətinin isə maliyyə mənfəəti artıb. Ən yüksək dinamika “A-Qrup Sığorta” ASC-də (6 dəfə), ən aşağı dinamika isə “Azsığorta”da (6%) qeydə alınıb.
Yurd.Media-nın sığorta şirkətlərinin 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI
- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir
- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI
- Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI
- Balans kapitalı azalan sığorta şirkətləri - SİYAHI
- Azərbaycanda 5 sığorta şirkətinin nizamnamə kapitalı 15 milyon manatdan az deyil
- Gəlirləri artan və azalan sığorta şirkətləri - SİYAHI
- Sığorta şirkətlərinin əksəriyyətinin xərcləri artıb
- Maliyyə mənfəəti azalan və zərərə işləyən sığorta şirkətləri - SİYAHI