SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Hər 3 sığorta şirkətindən birinin xalis mənfəəti azalıb - SİYAHI

Hər 3 sığorta şirkətindən birinin xalis mənfəəti azalıb - SİYAHI

  • 07 may 2026, 11:36

2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin xalis mənfəəti 10 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (53,4 milyon manat), “PAŞA Sığorta” (39,3 milyon manat), “Qala Sığorta” (11,9 milyon manat), “Atəşgah Həyat Sığorta” (10,3 milyon manat) və “Qala Həyat Sığorta” (10,1 milyon manat) ASC-lərdir.

Qalan 10 sığorta şirkətindan 6-nın xalis mənfəəti 1-10 milyon manat arasında, 3-nün xalis mənfəəti isə 1 milyon manatdan azdır.

1 şirkət – “Azərbaycan Sənaye Sığorta” ASC (ASS) 2,6 milyon manat xalis zərərlə üzləşib.

Son 1 ildə 5 sığorta şirkətinin xalis mənfəəti azalıb. Bunlar, “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Sığorta”, “İpək Yolu Sığorta” və “Atəşgah Sığorta” ASC-lərdir.

Ən çox azalma “Atəşgah Sığorta”da (49,8%), ən az azalma isə “PAŞA Sığorta”da (6,4%) qeydə alınıb. ASS xalis mənfəətdən xalis zərərə keçdiyi üçün onun bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 9 sığorta şirkətinin isə xalis mənfəəti artıb. Ən yüksək dinamika “A-Qrup Sığorta” ASC-də (6,85 dəfə), ən aşağı dinamika isə “Azsığorta”da (3,4%) qeydə alınıb.

Yurd.Media-nın sığorta şirkətlərinin 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aktivləri azalan və artan sığorta şirkətləri - SİYAHI

- Sığorta şirkətlərindən çoxunun uzunmüddətli aktivləri azalıb - SİYAHI

- Sığorta şirkətlərinin əksəriyyətinin qısamüddətli aktivləri artıb - SİYAHI

- "PAŞA Holding"in sığorta şirkətlərinin öhdəlikləri bazar iştirakçılarını dəfələrlə üstələyir

- Uzunmüddətli öhdəlikləri azalan sığorta şirkətləri - SİYAHI

- Bu sığorta şirkətlərinin qısamüddətli öhdəliklərində AZALMA - SİYAHI

- Balans kapitalı azalan sığorta şirkətləri - SİYAHI

- Azərbaycanda 5 sığorta şirkətinin nizamnamə kapitalı 15 milyon manatdan az deyil

- Gəlirləri artan və azalan sığorta şirkətləri - SİYAHI

- Sığorta şirkətlərinin əksəriyyətinin xərcləri artıb

- Maliyyə mənfəəti azalan və zərərə işləyən sığorta şirkətləri - SİYAHI

- Sığorta şirkətlərinin yarıdan çoxu mənfəət vergisi ödəmələrini artırıb - SİYAHI

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları