SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Unibankın kredit iddiaları: Məhkəmə cərimələri azaltdı

"Unibank"ın kredit iddiaları: Məhkəmə cərimələri azaltdı

  • 02 iyul 2026, 14:54
Ağdam

“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir neçə müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank kredit borcunun tutulması tələbi ilə bağlı Ağdam Rayon Məhkəməsinə müraciət edib. 

Belə ki, müştərilərin birindən 3845 manat əsas, 803 manat faiz, 143 manat cərimə olmaqla, cəmi 4792 manat borcun və 68 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilib. 

Məhkəmə iddia tələbini qismən təmin edərək cərimə məbləğini 100 manat azaldıb. 

“Unubank” daha bir müştərisinə qarşı həmin məhkəmədə iddia qaldıraraq 1059 manat əsas, 96 manat faiz, 109 manat cərimə olmaqla, cəmi 1264 manat borcun və 33 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Bu iddia da qismən təmin edilib, cərimə məbləği 19 manata salınıb.

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər , Səbail Nizami rayonlarında, həmçinin İsmayıllı, AğdamŞəmkirGədəbəy, Siyəzənİmişli rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları