SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Nizamnamə kapitalından yaxşı və pis istifadə etmiş investisiya şirkəti - CƏDVƏL

Nizamnamə kapitalından yaxşı və pis istifadə etmiş investisiya şirkəti - CƏDVƏL

  • 26 iyun 2026, 10:46

2025-ci ildə Azərbaycanın investisiya şirkətlərinin əldə etdiyi xalis mənfəət onların bu il yanvarın 1-nə malik olduqları nizamnamə kapitalının 18,7%-i qədər olub.

Yurd.Media araşdırmasına görə, 2024-cü illə müqayisədə şirkətlərin kapitalının gəlirliliyi 14,3 faiz bəndi azalıb.

Ötən il 12 investisiya şirkəti arasında nizamnamə kapitalından ən yaxşı istifadə edən “PAŞA Kapital” QSC olub. Bu şirkətin illik xalis mənfəəti onun kapitalının 8,5 mislini təşkil edib. “CPM-İnvest” ASC 1,4 misllik göstərici ilə ikinci, “Unikapital” ASC isə 95%-lik göstərici ilə üçüncü olub.

Ötən ili zərərlə başa vurmuş “MFX Trading” ASC, “Troni” və “CFI Financial” QSC-lər isə təbii olaraq nizamnamə kapitalının müvafiq olaraq 8,3%-i, 18,7%-i və 93,3%-i qədər zərərliliyə malik olub.

Son 1 ildə kapitaldan istifadə vəziyyəti 12 şirkətdən 7-də yaxşılaşıb, 5-də isə pisləşib.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bu investisiya şirkətlərinin aktivləri AZALDI - CƏDVƏL

- İnvestisiya şirkətlərinin öhdəlikləri kəskin azalıb - CƏDVƏL

- Balans kapitalı artan və azalan investisiya şirkətləri - CƏDVƏL

- İnvestisiya şirkətlərinin nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL

- İnvestisiya şirkətlərinin vergiyəqədərki mənfəəti azaldı - CƏDVƏL

- Ən çox mənfəət vergisi ödəyən investisiya şirkətləri - CƏDVƏL

- İnvestisiya şirkətlərinin yarısı ya zərərlə işləyib ya xalis mənfəəti azalıb - CƏDVƏL

- Aktivlərindən ən yaxşı istifadə etmiş investisiya şirkətləri - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları