Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətindən 4-nün balans kapitalı 5 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Kapital” (18,7 milyon manat), “İnno Kapital” (9,8 milyon manat), “ABB-İnvest” (9,3 milyon manat) və “İnvest-AZ” (8,6 milyon manat) investisiya şirkətləridir.
Qalan 8 investisiya şirkətindən 5-nin balans kapitalı 1-5 milyon manat arasında, 3-nün balans kapitalı isə 1 milyon manatdan az olub.
Son 1 ildə 12 investisiya şirkətindən 10-u balans kapitalını artırıb. Ən yüksək dinamika “Troni”də (19,8 dəfə), ən aşağı dinamika isə “Xalq Kapital”da (2,7%) qeydə alınıb.
2 investisiya şirkətinin isə balans kapitalı azalıb. Ən çox azalma “CFI Financial”da (73,7%), ən az azalma isə “MFX Trading”də (5,3%) baş verib.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Bu investisiya şirkətlərinin aktivləri AZALDI - CƏDVƏL
- İnvestisiya şirkətlərinin öhdəlikləri kəskin azalıb - CƏDVƏL