Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətindən 4-nün öhdəlikləri 5 milyon manatdan çox olub.
Yurd.Media apardığı araşdırmaya görə, bunlar, “PAŞA Kapital” (46,1 milyon manat), “İnvest-AZ” (37,5 milyon manat), “ABB-İnvest” (20,85 milyon manat) və “Unicapital” (6,6 milyon manat) investisiya şirkətləridir.
Qalan 8 investisiya şirkətindən 3-nün öhdəlikləri 1-5 milyon manat arasında, 5-nin öhdəlikləri isə 1 milyon manatdan az olub.
Son 1 ildə 12 investisiya şirkətindən 5-i öhdəliklərini artırıb. Ən yüksək dinamika “Capital Partners”də (2,2 dəfə), ən aşağı dinamika isə “Xalq Kapital”da (3,3%) qeydə alınıb.
1 investisiya şirkətinin – “MFX Trading”in öhdəlikləri yeni formalaşıb (dinamikanı hesablamaq mümkün olmayıb).
6 investisiya şirkətinin isə öhdəlikləri azalıb. Ən çox azalma “CPM-İnvest”də (99,6%), ən az azalma isə “PAŞA Kapital”da (3%) baş verib.
Ümumilikdə, investisiya şirkətlərinin öhdəlikləri 36.1 % azalaraq 116,8 milyon manat təşkil edib.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik: