2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətindən 4-nün xalis mənfəəti 1 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Kapital” (2,55 milyon manat), “ABB-İnvest” (2,35 milyon manat), “İnvest-AZ” (1,6 milyon manat) və “CPM-İnvest” (1,1 milyon manat) investisiya şirkətləridir.
Qalan 8 investisiya şirkətindən 5-nin xalis mənfəəti 1 milyon manatdan az olub. 3 investisiya şirkəti isə ötən ili zərərlə başa vurub.
Son 1 ildə 12 investisiya şirkətindən 5-nin xalis mənfəəti artıb. Ən yüksək dinamika “CPM-İnvest”də (6,6 dəfə), ən aşağı dinamika isə “ABB-İnvest”də (1,5%) qeydə alınıb.
3 investisiya şirkətinin isə xalis mənfəəti azalıb. Ən çox azalma “Assist Finance”da (57,1%), ən az azalma isə “Unicapital”da (17,6%) baş verib.
1 investisiya şirkətinin xalis zərəri artıb, 1 investisiya şirkətinin xalis zərəri azalıb. 1 şirkət xalis mənfəətdən xalis zərərə, 1 şirkət isə xalis zərərdən xalis mənfəətə keçib. Odur ki, bu 2 maliyyə qurumunun xalis mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Bu investisiya şirkətlərinin aktivləri AZALDI - CƏDVƏL
- İnvestisiya şirkətlərinin öhdəlikləri kəskin azalıb - CƏDVƏL
- Balans kapitalı artan və azalan investisiya şirkətləri - CƏDVƏL
- İnvestisiya şirkətlərinin nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL
- İnvestisiya şirkətlərinin vergiyəqədərki mənfəəti azaldı - CƏDVƏL
- Ən çox mənfəət vergisi ödəyən investisiya şirkətləri - CƏDVƏL