SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Ən çox mənfəət vergisi ödəyən investisiya şirkətləri - CƏDVƏL

Ən çox mənfəət vergisi ödəyən investisiya şirkətləri - CƏDVƏL

  • 23 iyun 2026, 09:31

2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətindən 4-nün mənfəət vergisi ödəmələri 0,3 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Kapital” (0,7 milyon manat), “ABB-İnvest” (0,6 milyon manat), “İnvest-AZ” (0,6 milyon manat) və “CPM-İnvest” (0,4 milyon manat) investisiya şirkətləridir.

Qalan 8 investisiya şirkətindən 1-nin mənfəət vergisi ödəmələri 0,1-0,3 milyon manat arasında, 4-nün mənfəət vergisi ödəmələri isə 0,1 milyon manatdan az olub.

Son 1 ildə 12 investisiya şirkətindən 6-nın mənfəət vergisi ödəmələri artıb. Ən yüksək dinamika “CPM-İnvest”də (8,6 dəfə), ən aşağı dinamika isə “ABB-İnvest”də (1,5%) qeydə alınıb.

3 investisiya şirkətinin isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Xalq Kapital”da (100%), ən az azalma isə “Assist Finance”da (58%) baş verib.

1 investisiya şirkət ötən il vergi ödəsə də, əvvəlki il vergi ödəməyib. 2 investisiya şirkəti isə həm ötən il, həm də əvvəlki il vergi ödəməyib. Odur ki, bu 3 maliyyə qurumunun mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Ümumilikdə isə investisiya şirkətlərinin mənfəət vergisi ödəmələri 28%-ə yaxın artıb.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bu investisiya şirkətlərinin aktivləri AZALDI - CƏDVƏL

- İnvestisiya şirkətlərinin öhdəlikləri kəskin azalıb - CƏDVƏL

- Balans kapitalı artan və azalan investisiya şirkətləri - CƏDVƏL

- İnvestisiya şirkətlərinin nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL

- İnvestisiya şirkətlərinin vergiyəqədərki mənfəəti azaldı - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları