Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətindən 4-nün nizamnamə kapitalı 3 milyon manatdan az deyil.
Yurd.Media araşdırmasına görə, bunlar, “İnno Kapital” (6,25 milyon manat), “CFI Financial” (4,55 milyon manat), “ABB-İnvest” (3 milyon manat) və “İnvest-AZ” (3 milyon manat) investisiya şirkətləridir.
Qalan 8 investisiya şirkətindən 2-nin nizamnamə kapitalı 1-3 milyon manat arasında, 3-nün nizamnamə kapitalı isə 1 milyon manatdan az olub.
Son 1 ildə 12 investisiya şirkətindən 2-si nizamnamə kapitalını artırıb. Ən yüksək dinamika “CPM İnvest”də (2 dəfə), ən aşağı dinamika isə “Troni”də (64%) qeydə alınıb.
10 investisiya şirkətinin isə nizamnamə kapitalı isə dəyişməyib.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Bu investisiya şirkətlərinin aktivləri AZALDI - CƏDVƏL
- İnvestisiya şirkətlərinin öhdəlikləri kəskin azalıb - CƏDVƏL
- Balans kapitalı artan və azalan investisiya şirkətləri - CƏDVƏL