2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 12 investisiya şirkətindən 4-nün vergiyəqədərki mənfəəti 1 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Kapital” (3,25 milyon manat), “ABB-İnvest” (2,95 milyon manat), “İnvest-AZ” (2,2 milyon manat) və “CPM-İnvest” (1,5 milyon manat) investisiya şirkətləridir.
Qalan 8 investisiya şirkətindən 1-nin vergiyəqədərki mənfəəti 1 milyon manat, 4-nün vergiyəqədərki mənfəəti isə 1 milyon manatdan az olub. 3 investisiya şirkəti isə vergiyəqədərki zərərlə üzləşib.
Son 1 ildə 12 investisiya şirkətindən 5-nin vergiyəqədərki mənfəəti artıb. Ən yüksək dinamika “CPM-İnvest”də (7 dəfə), ən aşağı dinamika isə “ABB-İnvest”də (1,4%) qeydə alınıb.
3 investisiya şirkətinin isə vergiyəqədərki mənfəəti azalıb. Ən çox azalma “Assist Finance”da (57,3%), ən az azalma isə “İnvest-AZ”da (24%) baş verib.
1 investisiya şirkətinin vergiyəqədərki zərəri artıb, 1 investisiya şirkətinin vergiyəqədərki zərəri azalıb.
1 şirkət vergiyəqədərki mənfəətdən vergiyəqədərki zərərə, 1 şirkət isə vergiyəqədərki zərərdən vergiyəqədərki mənfəətə keçib. Odur ki, bu 2 maliyyə qurumunun vergiyəqədərki mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
Ümumilikdə isə investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 25%-dən çox azalıb.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Bu investisiya şirkətlərinin aktivləri AZALDI - CƏDVƏL
- İnvestisiya şirkətlərinin öhdəlikləri kəskin azalıb - CƏDVƏL
- Balans kapitalı artan və azalan investisiya şirkətləri - CƏDVƏL
- İnvestisiya şirkətlərinin nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL