SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Aktivlərindən ən yaxşı istifadə etmiş investisiya şirkətləri - CƏDVƏL

Aktivlərindən ən yaxşı istifadə etmiş investisiya şirkətləri - CƏDVƏL

  • 25 iyun 2026, 08:48

2025-ci ildə Azərbaycanın investisiya şirkətlərinin əldə etdiyi xalis mənfəət onların bu il yanvarın 1-nə malik olduqları aktivlərin 2,5%-i qədər olub.

Yurd.Media araşdırmasına görə, 2024-cü illə müqayisədə şirkətlərin aktivlərinin gəlirliliyi 0,5 faiz bəndi azalıb.

Ötən il 12 investisiya şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edən “CPM-İnvest” ASC olub. Bu şirkətin illik xalis mənfəəti onun aktivlərinin 55,3%-ni təşkil edib. “Assist Finance” ASC 18,5%-lik göstərici ilə ikinci, “ABB-İnvest” QSC isə 7,8%-lik göstərici ilə üçüncü olub.

Ötən ili zərərlə başa vurmuş “MFX Trading” ASC, “Troni” və “CFI Financial” QSC-lər isə təbii olaraq aktivlərinin müvafiq olaraq 8,8%-i, 47,7%-i və 84,1%-i qədər zərərliliyə malik olub.

Son 1 ildə aktivlərdən istifadə vəziyyəti 12 şirkətdən 7-də yaxşılaşıb, 5-də isə pisləşib.

Yurd.Media-nın investisiya şirkətlərinin 2025-ci il üçün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bu investisiya şirkətlərinin aktivləri AZALDI - CƏDVƏL

- İnvestisiya şirkətlərinin öhdəlikləri kəskin azalıb - CƏDVƏL

- Balans kapitalı artan və azalan investisiya şirkətləri - CƏDVƏL

- İnvestisiya şirkətlərinin nizamnamə kapitalı necə dəyişib? - CƏDVƏL

- İnvestisiya şirkətlərinin vergiyəqədərki mənfəəti azaldı - CƏDVƏL

- Ən çox mənfəət vergisi ödəyən investisiya şirkətləri - CƏDVƏL

- İnvestisiya şirkətlərinin yarısı ya zərərlə işləyib ya xalis mənfəəti azalıb - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları