“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisinin məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində 102 manat əsas, 15 manat cərimə, cəmi 117 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Məhkəmə iddianı təmin edib.
Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl İmişli, Ağdam, Şəki, Şəmkir və Sabirabad rayonlarından, həmçinin Gəncə şəhərindən və Bakının Nizami rayonundan olan müştərilərinə qarşı iddia qaldırmışdı.