SÜJET
Bu il iyulun 1-nə Azərbaycandakı 22 bankdan 5-nin aktivləri 2 milyard manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “PAŞA Bank”, “Xalq Bank” və “Bank Respublika”dır. Bu bankların cəmi aktivləri 42 milyard manata yaxın olub.
Hesabat tarixinə 7 bankın aktivləri 1 milyard manatdan 2 milyard manata qədər, 5 bankın aktivləri 500 milyon manatdan 1 milyard manata qədər, 5 bankın aktivləri isə 100 milyon manatdan 500 milyon manata qədər dəyişib.
Son 1 ildə 22 bankdan 20-nin aktivləri artıb, 2-nin aktivləri isə azalıb. Aktivlərini ən çox artıran bank Türkiyə kapitallı “Zıraat Bank Azərbaycan” (38,2%), ən az artıran bank isə “Azərbaycan Hava Yolları” QSC-nin keçmiş prezidenti Cahangir Əsgərova məxsus “Premium Bank” (0,1%) olub.
İl ərzində “Bank Avrasiya” və “Bank BTB”nin aktivləri müvafiq olaraq 0,5% və 0,6% azalıb.