SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank

Mənzil İnşaatı Dövlət Agentliyi

Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir.

Tarixi
1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır.[2] Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.

Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması Azərbaycan vətəndaşlarının mənzilə olan tələbatının təmin olunması məsələsini daha da aktual etdi. Xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edildi.

Yaradılması
İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin "dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 24.11.2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi yaradıldı. Ölkə başçısının "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 07.02.18-ci il tarixli 1819 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi" təsdiq edilmişdir.

Fəaliyyəti
Məqsədi
Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün davamlı və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq ölkə vətəndaşlarının uyğun qiymətə mənzilə sahib olmaq imkanlarını artırmaq.[5] Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.

Fəaliyyət istiqamətləri
müvafiq sahədə siyasətin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak;
müvafiq sahədə nəzarətin həyata keçirilməsi və onun inkişafının təmin edilməsi;
müvafiq sahənin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak;
vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Agentliyin sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının inşasının təşkil edilməsi;
investisiyaların təşviqi və cəlb edilməsi ilə sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşasının təşkil edilməsi;
şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə olunmasının, habelə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasının aidiyyəti icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə təmin edilməsi;
Agentliyin sərəncamına verilmiş torpaq sahələrində tikinti obyektlərinin və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllinə nəzarət edilməsi və onun səviyyəsinin yüksəldilməsinin təmin edilməsi;
Agentliyin sərəncamına verilmiş torpaq sahələrində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi;
vahid informasiya sisteminin yaradılması və onun fəaliyyətinin təmin edilməsi;
müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilinin həyata keçirilməsi.
İdarə olunması
İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir.

Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Agentliyi İdarə Heyəti idarə edir.
İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir.
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.
Nəzarət
Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Layihələr

Yasamal yaşayış kompleksi
Agentlik hal-hazırda bir-neçə iri layihələri icra etməkdədir.[6] Bunlar aşağıdakılardır:

Yasamal Yaşayış Kompleksi
Hövsan Yaşayış Kompleksi
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi
Gəncə yaşayış kompleksi
Sumqayıt şəhərində inşa olunan güzəştli mənzillər

MİDA daha 6 bina tikəcək - 24 milyon manat ayrılır
Ölkə
03.07.2026 15:18
MİDA daha 6 bina tikəcək - 24 milyon manat ayrılır
Abşeronda 80 yerlik uşaq bağçası 2,5 milyon manata başa gələcək
Abşeron
02.06.2026 19:39
Abşeronda 80 yerlik uşaq bağçası 2,5 milyon manata başa gələcək
Şəmkirdə 600 min manata güzəştli mənzillər tikiləcək
Şəmkir
25.02.2026 13:28
Şəmkirdə 600 min manata güzəştli mənzillər tikiləcək
Güzəştli mənzil sisteminə müdaxilə edənlərə cinayət işi başlanıldı
Kriminal
26.12.2025 19:44
"Güzəştli mənzil" sisteminə müdaxilə edənlərə cinayət işi başlanıldı
Güzəştli mənzillərin bugünkü seçim sisteminin detalları AÇIQLANDI
Ölkə
04.12.2025 20:48
Güzəştli mənzillərin bugünkü seçim sisteminin detalları AÇIQLANDI
Güzəştli mənzilləri qanunsuz satan şəxslər aşkarlanıb
Kriminal
03.12.2025 16:06
Güzəştli mənzilləri qanunsuz satan şəxslər aşkarlanıb
Bu həftə Bakıda güzəştli mənzillər satışa çıxarılır
Bakı
01.12.2025 14:09
Bu həftə Bakıda güzəştli mənzillər satışa çıxarılır
Gələn həftə güzəştli mənzillərin satışı başlayır
Yevlax
28.11.2025 17:04
Gələn həftə güzəştli mənzillərin satışı başlayır
Bölgələrdə güzəştli mənzillərin satışı başlanılır - ÜNVANLAR
Ölkə
29.10.2025 09:29
Bölgələrdə güzəştli mənzillərin satışı başlanılır - ÜNVANLAR
Bakıda yol təmiri aylarla bitmir - sürücülər narazıdır
Bakı
23.08.2025 09:11
Bakıda yol təmiri aylarla bitmir - sürücülər narazıdır
Bəzi ərazilərdə qaz olmayacaq
Bakı
17.07.2025 20:41
Bəzi ərazilərdə qaz olmayacaq
MİDA-dan mənzil almaq qaydası DƏYİŞDİ
Sosial
24.06.2025 17:58
MİDA-dan mənzil almaq qaydası DƏYİŞDİ
Bakıda binada partlayışla müşayiət olunan yanğın baş verib - YENİLƏNİB - VİDEO
Bakı
19.06.2025 23:53
Bakıda binada partlayışla müşayiət olunan yanğın baş verib - YENİLƏNİB - VİDEO
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sosial
14.05.2025 18:35
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Hərbi qulluqçular mənzil aldılar
Ölkə
10.05.2025 17:48
Hərbi qulluqçular mənzil aldılar
MİDA Naxçıvanda yaşayış kompleksi tikəcək
Naxçıvan
06.05.2025 15:47
MİDA Naxçıvanda yaşayış kompleksi tikəcək
MİDA Yevlaxdakı güzəştli mənzillərlə bağlı 5,3 mln. manatlıq işlərə başlayır
Yevlax
18.04.2025 10:14
MİDA Yevlaxdakı güzəştli mənzillərlə bağlı 5,3 mln. manatlıq işlərə başlayır