SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Güzəştli mənzil tikən şirkətin xalis mənfəəti 7 dəfəyə yaxın azalıb

Güzəştli mənzil tikən şirkətin xalis mənfəəti 7 dəfəyə yaxın azalıb

  • 07 avqust 2026, 12:53

Azərbaycanda güzəştli mənzillərin tikintisi ilə məşğul olan, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 6,6 dəfə azdır.

Bu ilin əvvəlinə MİDA-nın aktivləri ötən ilin əvvəlinə nisbətən 2,8% çox - 608,2 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 147,6 milyon manat (13% az), balans kapitalı isə 460,6 milyon manat (9,2% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları