SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bu həftə Bakıda güzəştli mənzillər satışa çıxarılır

Bu həftə Bakıda güzəştli mənzillər satışa çıxarılır

  • 01 dekabr 2025, 14:09
Bakı

Bu həftə Bakıda güzəştli mənzillərin növbəti satışı həyata keçiriləcək. 

Yurd.Media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillər – 48 120 manat

2 otaqlı mənzillər – 69 240 manat

3 otaqlı mənzillər – 87 480 manat

4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Prime Leasing
SPE Annual Caspian