Azərbaycanın daha bir bölgəsində güzəştli mənzillər tikiləcək.
Şəmkir rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.
Məlumata görə, ilk olaraq kompleksin inşası üçün 5.76 ha torpaq sahəsində ilkin layihə-smeta sənədləri hazırlanacaq. Bundan sonra layihənin həyata keçirilməsinə start veriləcək.
Belə ki, MİDA layihələndirilmə işlərinin icrasını “Era Design Group” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Qeyd edək ki, qalib şirkətlə bağlanan müqavilənin məbləği 597 670 manat təşkil edir.