SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda binada partlayışla müşayiət olunan yanğın baş verib - YENİLƏNİB - VİDEO

Bakıda binada partlayışla müşayiət olunan yanğın baş verib - YENİLƏNİB - VİDEO

Bakı

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Yurd.Media-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda MİDA yaşayış kompleksində mənzillərin birində partlayış baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


*** 23:18

Bakıda binada partlayış və yanğın baş verib.

Yurd.Media-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda MİDA yaşayış kompleksində mənzillərin birində partlayış baş verib.

İlkin ehtimala görə, qaz balonunun partlaması nəticəsində mənzildə yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar, təcili tibbi yardım briqadaları cəlb olunub.

Prime Leasing