SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Naxçıvanda 23 milyon manatlıq tikintini həyata keçirəcək şirkət müəyyənləşib

Naxçıvanda 23 milyon manatlıq tikintini həyata keçirəcək şirkət müəyyənləşib

  • 07 sentyabr 2026, 21:19

Naxçıvanda güzəştli mənzillərin tikintisi həyata keçirəcək şirkət müəyyənləşib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisinə sərf ediləcək vəsaitin həcmi məlum olub.

Belə ki, yeni yaşayış kompleksinin tikinti işlərinin icrası “Hünər İnşaat” firmasına həvalə olunub.

Məlumata görə, sözügedən tikinti işləri 23 milyon manata başa gələcək.

Qeyd edək ki, MİDA-nın Naxçıvanda yeni yaşayış kompleksi şəhərin Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə inşa olunacaq. Kompleksdə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, MİDA 2024-cü ildə Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarı və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi ilə bağlı araşdırmalar aparıb. Yaşayış kompleksinin tikinti layihəsini “PBA” 511 500 manata hazırlayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları